Əməkdar artist döyüşdə həlak oldubackend

Əməkdar artist döyüşdə həlak oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın əməkdar artisti Oleksandr Şapoval döyüşdə həlak olub.

Editor.az xəbər verir ki. bu barədəməlumatı balerina və “Ulduzlarla rəqslər” layihəsinin hakimi Yekaterina Kuxar paylaşıb. “Ürək buna inanmaq istəmir.

Bu gün düşmən Ukraynanın əməkdar artisti, KSBC-nin duet rəqsi müəllimi Şapoval Aleksandr Nikolayeviçin həyatına son qoydu. O, görkəmli sənətkar idi, həyatımızın hər bir mərhələsi bu ömürlə bağlıdır. Çünki o, səhnə ilə yaşayan azsaylı adamlardandır. İndi isə onun rəqsi əbədiləşib… Çox ağrılıdır… Çətindir… Allah sənə rəhmət eləsin, Şaşa… Həmişə qəlblərdə , yaddaşlarda və ruhumuzda olacaqsan”, – Kuxar İnstaqram bloqunda yazıb. Qeyd edək ki, Ukrayna Milli Operasının solisti sentyabrın 12-də Donetsk vilayətinin Maiorsk kəndi yaxınlığında ağır yaralanmışdı.

  //Samir,Editor.az