Enerji böhranı Avropada istefalara və çevriləşlərə səbəb ola bilərbackend

Enerji böhranı Avropada istefalara və çevriləşlərə səbəb ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Avropada enerji böhranı iğtişaşlara və bir sıra ölkələrdə hökumətlərin devrilməsinə səbəb olacaq Editor.az xəbər verir ki, bu sözləri Çinin “Global Times” qəzetinin köşə yazarı Jurnalist Mark Bleklok deyib.

Əgər Avropa hakimiyyət dairələri problemin həllini tapmasa, qarşıdan gələn qış “əvvəllər heç vaxt görülməmiş narazılıq dövrünə çevrilə bilər” – köşə yazarı bildirib. Onun sözlərinə görə, ictimai narazılıq iğtişaşlara çevriləcək və bunun nəticəsində bir çox ölkələrin hökumətləri istefaya gedəcək. Bleklok qeyd edib ki, artan enerji qiymətləri demək olar ki, bütün mal və xidmətlərin, xüsusilə istilik, qida və yeməklərin qiymətini artırıb.

Avropalıların çarəsizliyi onları ifrat tədbirlərə sövq edə bilər. Bununla bağlı o qeyd edib ki, britaniyalı fəallar oktyabr ayından elektrik enerjisi ödənişlərini boykot etməyə çağırıblar, həmkarlar ittifaqları əmək haqlarının artırılması, yanacağın və ərzaq qiymətlərinin aşağı salınması tələbi ilə bir sıra kütləvi etiraz aksiyaları təşkil edib. Qeyd edək ki, bundan əvvəl Praqada keçirilən etiraz aksiyalarının təşkilatçıları 2022-ci il sentyabrın 25-dək Çexiya hökumətinin istefasını tələb ediblər. Onlar elektrik enerjisi və qaz qiymətlərindən narazıdırlar.

  //Samir,Editor.az