Erməni ailələrində uşaqlara verilən İNANILMAZ TAPŞIRIQ – İllər sonra dəyişməyən reallıqbackend

Erməni ailələrində uşaqlara verilən İNANILMAZ TAPŞIRIQ – İllər sonra dəyişməyən reallıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənilərin Cənubi Qafqaza gəlişi sıradan, adi bir hadisə deyildi. Rus imperiyası öz ideologiyasını əsirlər boyu qoruyub saxlamaq üçün, erməni amilinin işinə yarıyacağını bildiyi üçün məhz hayları regiona köçürməklə imperiyanın ideologiyasına uyğun olaraq işğalçılıq planlarını həyata keçirməyə başladı. Zaman-zaman müxtəlif vasitələrlə Azərbaycanın tarixi torpaqlarını qoparıb tərkibinə qatan Ermənistanın üzərindən onilliklər keçsə də, xisləti dəyişməz olaraq qalır.

Öncə həmvətinlilərimizi doğma yurd-yuvasından pərən-pərən salan Ermənistan daha sonra bu şovinist yanaşmasını Azərbaycanın tarixi, mədəni, irsi abidələrinə qarşı törətməyə başladı. Hətta ermənilər bu ikinci məsələyə daha erkən başladı deyə bilərəm. Orta məktəbdə tarix müəllimimin uşaqlıq xatirəsi ilə bağlı danışdığı bir hadisə bu günə kimi yaddaşımdadır. Sovet İttifaqının hakimiyyəti dövründə olmuş bu olayın yenə “baş qəhrəmanı” ermənidir. O, bizə dərslərin birində bildirdi ki, uşaqlığının keçdiyi müxtəlif millətlərin nümayəndəlirinin yaşadığı Bakıda həmyaşıdları ilə küçədə, məhəllədə oyunlar oynayıb, əyləndikləri vaxt erməni uşaqları əksər zamanlarda onlara qoşulmazdılar. Niyəsini soruşanda müəllimin dediyi fakt ermənilərdə uşaqların körpəlikdən beyinlərinə yeridilən tükürpədici ideologiyanı növbəti dəfə qənşərə çıxarmış olur.

Müəllim erməni uşaqların onlarla birgə oynamaq əvəzinə məşğul olduqları iş barədə bunları deyib: “Biz “yeddi şüşə”, “evcik-evcik”, “qaçdı-tutdu” oynadığımız zaman erməni uşaqları əllərindəki daş parçasını çoxdan dünyasını dəyişmiş azərbaycanlılara məxsus məzarların üzərinə yazılan sözlərinə sürtərək silirdilər, ora erməni hərfləri ilə nəsə yazırdılar. Biz o vaxt uşaq idik, onların niyə bunu etdiyini anlamırdıq, heç ona əhəmiyyət də vermirdik. Çünki biz onları özümüz kimi qəbul edirdik, özümüzdən biri bilirdik, amma hansı planlar qurduqlarından tamamilə xəbərsiz olmuşuq. Sonra illər keçdi, “erməni-müsəlman” davası ortaya çıxdı, onların bizə qarşı ərazi iddiaları artdı, tarixi, dini, mədəni abidələrimizi dünyaya güya onlarınkıdır kimi təqdim etməyə başlayanda anladım ki, o erməni uşaqlarının etdikləri çox uzağa hesablanmış böyük bir savaşın tərkib hissəsi idi”. Bu fakt qarşısında təbii ki, öz ərazisindəki Azərbaycanın mədəni irsini tamamilə məhv edən müasir Ermənistan ərazisində yerləşən mədəni irsimizin çoxəsrlik abidələri tərəflərindən sistemli və məqsədli şəkildə dağıdıldığı ilə bağlı nümunələrə təəccüblənmək olmur.

Bu gün Paşinyan rejimi də sələflərinin yolu ilə gedərək azərbaycanlıların – bu ərazilərin yerli sakinlərinin mədəni irsinin izlərini qəsdən silməkdə davam edirlər, Azərbaycan xalqının mədəni irsinə aid abidələri talan edib və dağıdıb, mənimsəyirlər. Biz bunun 44 günlük Vətən müharibəsinin gedişində də dəfələrlə şahidi olduq.

Azərbaycan bütün dünyada tolerantlıq və mədəni müxtəliflik nümunəsidir. Bunu dəfələrlə bütün dünyaya təsdiq etmişik. Hətta bu gün Ermənistan ərazisində bir dənə də olsun azərbaycanlı yaşamadığı halda Azərbaycanda 30 mindən çox erməni əslilli şəxsin varlığı bunun əyani sübutudur. Lakin Azərbaycan Mədəniyyət Nazirliyinin bəyanatını təhrif edən Ermənistan XİN-in açıqlaması deməyə əsas verir ki, hətta 44 günlük İkinci Qarabağ müharibəsi də onlara dərs olmadı. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndini yer üzündən silən Ermənistan bu ərazilərdəki tarixi, mədəni, dini abidələri viran qoyub, talan edib. Bu azmış kimi Ermənistan işğal altında saxladığı ərazilərdə törətdiyi məqsədyönlü dağıntıları, vandalizm əməllərini gizlətmək üçün onilliklər ərzində bu ərazilərə YUNESKO missiyasının səfərinin qarşısını almağa da nail olub. Hətta bu fakt, YUNESKO-nun 2005-ci ildə dərc etdiyi fəaliyyət hesabatında aydın şəkildə əks olunub.

Faktlar (müasir Ermənistan ərazisində mövcud olan 300-dən çox məscid qəsdən dağıdılıb, dəyişdirilib və ya istifadə üçün dəyişdirilib. Ermənistanda 500-dən çox azərbaycanlı qəbiristanlığı dağıdılıb. Aşıq Ələsgərin qədim Göyçə rayonundakı məzarı da vandalizmə və dağıdıcılığa məruz qalıb. – red.) da deyir ki, bu, Ermənistanın dövlət siyasətidir və bütün bu hərəkətlər Ermənistanda Azərbaycan xalqına qarşı dözümsüzlüyün bariz nümunəsidir.

Müxtəlif zamanlarda Azərbaycanın ictimai xadimləri və QHT-lərinin Azərbaycanın çoxəsrlik tarixi-mədəni irsinin hazırkı vəziyyətini qiymətləndirmək üçün Ermənistana missiya göndərmək xahişi ilə dəfələrlə YUNESKO-ya müraciət etsələr də, Ermənistan belə bir missiyanın həyata keçirilməsində hər dəfəsində maraqlı olmadığını göstərərək bu səfərlərə mane olmağa çalışıb.

Bütün dünyada mədəni irsin qorunmasını təmin etməyə borclu olan YUNESKO nəhayət öz Nizamnaməsi ilə ona həvalə edilən mandata uyğun olaraq bu missiyanı icra edəcək. Belə ki, 5 gün öncə Azərbaycan, Fransa, Ermənistan liderləri ilə Avropa İttifaqı Şurasının prezidenti arasında keçirilən videogörüş nəticəsində YUNESKO-nun Ermənistan və Azərbaycana missiyasının həyata keçirilməsi ilə bağlı razılıq əldə olundu. Bunu Azərbaycan xarici diplomatiyasının növbəti uğuru hesab etmək olar. Nəhayət uzun illərdən sonra Ermənistanın törətdiyi vəhşiliklərə hüquqi qiymətin verilməsi üçün şərait yaranıb. Vətən müharibəsindəki Zəfərdən sonra postkonlikt mərhələsinə daxil olan Ermənistan-Azərbaycan münasibətlərində bu dəfə də rəsmi Bakı qalib tərəf kimi diqtə edən tərəfdir və 4 fevral görüşünü Azərbaycanın növbəti diplomatik uğuru adlandıra bilərik.

milli.az