Gənc oğlan xalası qızının sevgilisini bıçaqladı – TƏFƏRRÜATbackend

Gənc oğlan xalası qızının sevgilisini bıçaqladı – TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cavidin arasında yanlış anlaşılma olub. Ona görə də biz həmin yanlış anlaşılmanı aydınlaşdırmaq üçün görüşdük. Biz görüşdüyümüz zaman Cavid mənə guya Səbirəni istədiyimi, ona görə də Səbirəni həyat yoldaşından boşandıraraq evlənəciyim kimi fikirlərim olduğunu bildirdi. Lakin Cavidə belə bir məsələnin olmadığını izah etdim. Sadəcə olaraq həmin an hər ikimiz də əsəbi olduğumuzdan bir-birimizi başa düşə bilmədik. Nəticədə Cavid mənə bıçaqla xəsarət yetirdi”.

Məhkəmədə zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub. Həmin ifadədən məlum olur ki, Cavidi təxminən iki ilə yaxındır tanıyır:

“Cavidin xalası qızının qayınanası onun əvvəllər işlədiyi Günəşli qəsəbəsində yerləşən restoranda işləyib. Mən həmin gəlini də dəfələrlə görmüşəm. Həmin gəlinin telefon nömrəsi də məndə olub. Çünki qayınanasının telefonu olmadığından öz gəlini ilə mənim telefonumla əlaqə saxlayıb. Cavidin xalası qızı ilə mənim aramda heç bir sevgi və məhəbbət kimi ülvi hisslər, yaxud həmin tipli söhbətlərimiz, yazışmalarımız olmayıb”.

Zərərçəkmiş qeyd edib ki, 7 aprel 2023-cü ildə, axşam saat 20:00-da Cavid onun istifadəsində olan nömrəyə zəng edib və onunla Əhmədli qəsəbəsində yerləşən restoranda görüşmək istədiyini bildirib:

“Mən də Cavidlə razılaşdım. Sonra biz həmin gün saat 23:00-da restoranın 7 saylı kabinetində görüşdük. Görüş zamanı Cavid xalası qızı Səbirə ilə sevgi münasibətimdə olub-olmadığımı soruşdu. Mən Cavidə belə bir şeyin olmadığını dedim. Sonra Cavid mənə elə bir söhbət eşitdiyini bildirdi. Mən isə – “elə bir söhbət olsaydı, mən boşanardım və onunla evlənmək qərarı verərdim”, – dedim. Cavid məndən evli olub-olmadığımı soruşdu. Mən də evli olduğumu dedim. Daha sonra Cavid mənə kəlləsi ilə sifət nahiyəmə, daha sonra bıçaqla qarın və bədənimin digər nahiyələrinə vurdu. Bundan sonrasını xatırlamıram”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Cavid 6 il müddətinə azadlıqdan məhrum edilib.