Gəncədə evdən 18 min manatlıq oğurluq edilib HADİSƏbackend

Gəncədə evdən 18 min manatlıq oğurluq edilib HADİSƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncədə evdə oğurluq hadisəsi olub.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 12-də Gəncə şəhəri ərazisindəki evlərin birindən 200 manat pul, 18 000 manat dəyərində qızıl-zinət və gümüş əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Bağırov saxlanılıb.