Göygöldə iki avtomobil toqquşub: Xəsarət alanlar varbackend

Göygöldə iki avtomobil toqquşub: Xəsarət alanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göygöl rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Editor.az oxu.az-a istinadən bildirir ki, hadisə Yeni Qızılca kəndində qeydə alınıb.

İki VAZ markalı avtomobilin toqquşması nəticəsində 1992-ci il təvəllüdlü Hüseyn Həsənov və 1996-cı il təvəllüdlü Vüqar Əhmədov xəsarət alıblar. Hər iki şəxsə hadisə yerindəcə ambulator yardım göstərilib.

Qəzanın başvermə səbəbləri Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.