İki avtomobil toqquşdu: 8 nəfər öldü, 3 nəfər yaralandıbackend

İki avtomobil toqquşdu: 8 nəfər öldü, 3 nəfər yaralandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün səhər saatlarında Aktobe-Həştərxan yolunda iki avtomobil toqquşub, nəticədə avtomobillərdən biri yanıb. Aktobe vilayətinin səhiyyə idarəsinin məlumatına görə, qəza nəticəsində 8 nəfər ölüb, 3 nəfər yaralanıb.

Editor.az Qazaxıstan Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi yolun 120-ci kilometrliyində baş verib.

Faktla bağlı araşdırma aparılır. Hüquq-mühafizə orqanlarının əməkdaşları qeyd ediblər ki, bu cür faciələr yol hərəkəti qaydalarına riayət etməyin, avtomobil idarə edərkən diqqətli olmağın vacibliyini xatırladır.

//Samir Qurbanov, Editor.az