İki saata düşmənin 3 təyyarəsi və 1 PUA-ı məhv edildibackend

İki saata düşmənin 3 təyyarəsi və 1 PUA-ı məhv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 13-də Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin zenitçiləri rus işğalçılarının üç hava hədəfini məhv ediblər.

Editor.az xəbər verir ki. bu barədə Ukrayna Silahlı Qüvvələrinin komandanlığı Facebook-da məlumat yayıb. “Sentyabrın 13-də saat 14.00-dan 16.00-a qədər Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin zenit-raket bölmələri düşmənin üç hava hədəfini – bir operativ-taktiki səviyyəli PUA və iki təyyarəni məhv edib”, – məlumatda deyilir. Məlumatda o da bildirilir ki, Su-24 bombardmançı təyyarəsi Xerson vilayətində 160-cı zenit-raket briqadasının (Odessa) əsgərləri tərəfindən, Su-25 hücum təyyarəsi isə Donetsk vilayətində 11-ci zenit-raket alayının (Şepetovka) topçuları tərəfindən vurulub.

  //Samir,Editor.az