İngiliscə danışdı, yumruq yedi-Videobackend

İngiliscə danışdı, yumruq yedi-Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

YouTube kanalının ingilis dilində aparıcısı, məşhur rusiyalı bloger Nikita Proşin (daha çox Niki Proşiş kimi tanınır) Sankt-Peterburqda səfərbərliyə qarşı aksiya ilə bağlı yayım zamanı yoldan keçən bir nəfərdən üzünə zərbə alıb. Editor.az xəbər verir ki, bu barədə bloqqer özü məlumat verib.

Hadisə Sankt-Peterburqun Nevski prospektində baş verib. Bloqqer bu anı süjetdən kəsməyib (3:56-dan 4:37-yə kimi izləyin). Görüntülərdə Nikitanın küçə ilə gedərkən Sankt-Peterburqda səfərbərliyə qarşı etiraz aksiyaları ilə bağlı video çəkməyə çalışdığı görünür.

Bu zaman yanından keçən bir kişi onu saxlayıb və bloqqerdən rusca danışmasını tələb edib: “Rusca danış!” Bundan sonra isə o, bloqqerin üzünə zərbə endirib. “Rusiyada qismən səfərbərlik elan olunub. Aksiyaya çoxlu insan toplaşıb, çoxları Rusiyadan qaçır. Bu videoda mən bu hadisələrin bəzi təfərrüatlarını bölüşmək, eləcə də aksiyaları izlədikdən sonra bəzi şəxsi hisslərimi paylaşmaq istəyirəm” – Proşinin videosunda deyilir. O, insanların səfərbərlik haqqında nə düşündüklərini göstərmək üçün ruslarla bəzi küçə müsahibələri də lentə alıb.

  //Samir,Editor.az