Kanada Ukraynaya “An-124” təyyarəsi verəcəkbackend

Kanada Ukraynaya “An-124” təyyarəsi verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanada Rusiya aviaşirkətinə məxsus An-124 təyyarəsini müsadirə edib Kiyevə təhvil vermək niyyətindədir.

Editor.az bildirir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal bəyan edib. Ukrayna hökumətinin başçısının sözlərinə görə, Kanada tezliklə An-124 təyyarəsinin sahibi olan Rusiyanın Volqa-Dnepr şirkətinə qarşı məhdudlaşdırıcı tədbirləri nəzərdə tutan yeni anti-Rusiya sanksiyalar paketini təqdim etməlidir: “Kanadadan Rusiyaya qarşı yeni sanksiyalar paketi tətbiq olunacaq. Biz An-124 təyyarəsin və digər aktivlərin Ukraynanın xeyrinə müsadirə edilməsinə hazırlaşırıq”, – deyə Ukraynanın baş naziri sosial şəbəkədə yazıb.

Xatırladaq ki, daha əvvəl Rusiya prezidenti Vladimir Putin Qərbin sanksiyalarını “oğurluqla” müqayisə edərək, belə məhdudlaşdırıcı tədbirlərin ölkənin müstəqilliyini istəmədikləri üçün tətbiq edildiyini qeyd etmişdi.

  //Samir Qurbanov,Editor.az