“Kim deyirsə müəllimlərin işə qəbulu imtahanla olmamalıdır, yanlış düşünür, çünki…”- Ekspertbackend

“Kim deyirsə müəllimlərin işə qəbulu imtahanla olmamalıdır, yanlış düşünür, çünki…”- Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bir müddət əvvəl Təhsil naziri Emin Əmirullayev Milli Məclisdə DİM-in keçirdiyi buraxılış və qəbul imtahanlarında istifadə olunan test tapşırıqlarının ağırlıq səviyyəsi və məzmunu ilə bağlı haqlı narahatlığını ifadə etmişdi.İndi isə Təhsil nazirliyinin keçirdiyi MİQ imtahanında istifadə olunmuş suallar ilə bağlı böyük və ciddi narahatlıq və narazılıq var”.

Editor.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov deyib.

O bildirib ki, “Kim deyirsə, müəllimlərin işə qəbulu imtahanla olmamalıdır, bu öz diplomuna inamsızlıqdır” bu fikir yanlışdır:

“Çünki imtahan iştirakçısı azı 60 min, vakansiya isə 8 min olur. Bu qədər şəxsi obyektiv və ədalətli qəbul etmək lazımdır. Problem nədir və həlli yolları varmı? Biz bilməliyik ki, imtahanı niyə keçiririk, necə keçiririk və hansı bilik və bacarıqlara sahib müəllimi axtarırıq.Son 7 ildə keçirilən MİQ imtahanında bu sualın cavabını görmürük. Yalnız daha çox yadda saxlama qabiliyyəti olan, yəni əzbərçi bir də repititor kimi fəaliyyət göstərənlər uğur qazanıb.Təhsil nazirliyinin axtardığı müəllim budurmu?”

Kamran Əsədov qeyd edib ki, test məhdud zaman kəsiyində, müəyyən olunmuş məkanda, bərabər şəraitdə, vahid texniki təlimat və metodik göstərişlər çərçivəsində çətinlik dərəcəsi getdikcə artırılan, keyfiyyətli, effektiv yoxlama-ölçmə materialları ilə təchiz olunmuş test tapşırıqları toplusuna məxsus sualların uyğun şəkildə cavablandırılması, qiymətləndirilməsi, nəticə çıxarılması, son nəticələrin statistik emalı, müqayisəli analizi və elmi-statistik təhlili prosesidir:

“Test vasitəsilə pedaqoji, psixoloji, sosioloji, tibbi, fizioloji, texniki, intellektual, fiziki və s. baxımdan hər hansı şəxsiyyətin və ya bir qrup şəxsin, komandanın müəyyən istiqamətdə və ya hərtərəfli inkişafı keyfiyyətləri və xüsusiyyətləri özəl olaraq aşkar olunur.Biz Təhsil Nazirliyinin keçirdiyi imtahanlarda bu kompetensiya və alətləri görmürük”.

Ekspert problemin həlli ilə bağlı təklif irəli sürüb:

“Pedaqoji ixtisaslar üzrə qəbul plan yerləri 60 faiz azalmalı, yalnız müəllimlik ixtisasları DÖVLƏT SİFARİŞLİ (pulsuz) olmalıdır və pedaqoji kadrları maksimum 3 universitet hazırlamaldır. Bundan sonra məzunları birbaşa təyinat ilə işə göndərmək lazımdır”.

 

//Gülnarə Abasova, Editor.az