Kraliça Elizabetin ölümünü bilən 2022 ÖLÜM SİYAHISI: Növbədə kimlər var?backend

Kraliça Elizabetin ölümünü bilən 2022 ÖLÜM SİYAHISI: Növbədə kimlər var?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“The Deathlist” adlı internet saytı hər il öləcək məşhurların siyahısını paylaşır. 2022-ci il üçün paylaşılan siyahıda İngiltərə kraliçası II Elizabetin ölümünü də qeyd edib.

Siyahı bir neçə il əvvəl Kraliçanın reytinqini 25-ci yerdən 12-ci yerə endirmişdi.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, aparıcı və sənədli film prodüseri Ser Devid Attenboro, musiqiçi Şeyn Makqouan və aktrisa Angela Lansberi kimi adlar siyahıda yer alıb. Bundan əlavə ölüm siyahısına teleaparıcı Bill Turnbull, italiyalı siyasətçi Silvio Berluskoni, futbolçular Pele, ser Bobby Charlton və Dennis Law, aktyor Maykl Qambon və Eastender Artur Fowler rolunu oynayan Bill Treacher daxildir. Bu ilki siyahıda daha əvvəl adı olmayan 78 yaşlı reqbi şərhçisi Naycel Starmer-Smith də var.  Siyahıda adı keçən Tunbull avqustun 31-də dünyasını dəyişib.

İl ərzində öləcəyinə inandıqları 50 adamı seçən ölüm siyahısında qaydalar belədir:

– Namizədlərin kifayət qədər məşhur olması lazımdır.

– Əgər öləcəkləri üçün məşhur olacaqlarsa, siyahıda olmayacaqlar.

– Əvvəlki siyahıdan cəmi 25 yeni namizəd çıxır.

Digər tərəfdən, 2021 Ölüm Siyahısı Elizabetin həyat yoldaşı Şahzadə Filipin ölümündən də  xəbərdar idi.

//Gülnarə Abasova, Editor.az