Krımda Ukrayna yönümlü əhval-ruhiyyə güclənirbackend

Krımda Ukrayna yönümlü əhval-ruhiyyə güclənir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya işğalı altında olan Krımda Ukraynayönümlü əhval-ruhiyyə xeyli güclənib. Yarımadada insanlar bəzi tədbirlər zamanı millətçi şüarları səsləndirirlər.

Editor.az bildirir ki, bu barədə Ukrayna mətbuatı yazıb. “Krım Respublikası Nazirlər Şurası”nın qondarma rəhbəri Sergey Aksyonov Telegram-da videomüraciət yazıb. Bu müraciətində işğalçı hakimiyyətin nümayəndəsi ukraynayönlü mövqedə olan insanları həbs olunmaqla ilə hədələyib. “İnformasiya məkanında Krımda keçirilən ictimai tədbirlərdən videolar peyda olur. İştirakçılar Ukraynayönümlü şüarlar səsləndirir, millətçi mahnılar oxuyurlar. Hesab edirəm ki, bu cür əyləncələrin həm təşkilatçıları, həm də iştirakçıları məsuliyyətə cəlb edilməli, tutduqları vəzifələrdən azad edilməli və digər tədbirlər görülməlidir.

Ukrayna rejimini dəstəkləyənlərin çox sevdikləri ölkəyə getməsi rasional və məntiqli olardı”, – deyə Aksyonov bildirib. Kremlin “Krım marioneti” bu zaman çox güman ki, cinayət məsuliyyətinə işarə edib. Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin polkovniki qeyd etmişdi ki, işğal olunmuş Krım ərazisində tez-tez baş verən partlayışlar və müntəzəm hava reydləri yarımadanın işğaldan azad edilməsinin başlanmasından xəbər verir.

//Samir,Editor.az