Lavrov Latın Amerikası ölkələrinə səfər edəcəkbackend

Lavrov Latın Amerikası ölkələrinə səfər edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada xarici işlər naziri Sergey Lavrovun aprelin 17-21-də Latın Amerikası ölkələrinə, o cümlədən Braziliya, Venesuela, Nikaraqua və Kubaya rəsmi səfər edəcəyi bildirilib.

Editor.az xarici mediaya istinadən xəbər verir ki, bəyanatda Lavrovun səfər edəcəyi ölkələrdə yüksək səviyyəli rəhbər şəxslər və həmkarları ilə sıx görüşlər proqramı gözlədiyi, Rusiya ilə bu ölkələr arasında siyasi, ticari, iqtisadi, təhsil, mədəniyyət və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsinin hədəfləndiyi bildirilib.

“Biz Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin tələb etdiyi kimi, müasir dünyanın beynəlxalq hüquqi əsaslarının möhkəmləndirilməsi məsələlərini danışıqların mərkəzinə qoymağı planlaşdırırıq. Bizim üçün Latın Amerikası çoxqütblü dünyanın formalaşma mərkəzlərindən biridir. Rusiya dinamik dialoq saxlamaq və heç bir xarici qüvvəyə tabe olmayan konstruktiv əməkdaşlığı inkişaf etdirmək istəyir, Latın Amerikası dost ərazidir”,- deyə XİN-nin bəyanatında qeyd olunub.

Onu da qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlamazdan əvvəl Rusiyalı nazir Sərgey Lavrov sonuncu dəfə 2020-ci ildə Latın Amerikası ölkələrinə rəsmi səfər edib.

//Safura Bənnayeva, Editor.az