Macarıstan: Tərəfdaşlar NATO-nun genişlənməsi məsələsində diqqətli olmalıdırbackend

Macarıstan: Tərəfdaşlar NATO-nun genişlənməsi məsələsində diqqətli olmalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstanın müdafiə naziri Kristof Szalay-Bobrovnicski NATO-nun şərqə doğru genişlənmə siyasətini tənqid edib.

Editor.az xarici mediaya istinadla xəbər verir ki,müdafiə naziri bu barədə Buxarest Nine (B9) üzvü olan həmkarları ilə görüşü zamanı danışıb.

“Macarıstan açıq qapı siyasətini (NATO-nun genişlənməsi ilə bağlı) dəstəkləyir, lakin yenə də tərəfdaşlarını ehtiyatlı olmağa çağırır. Üzvlük üçün müraciət edən ölkələr şərtlərə tam əməl etməlidir”.

Avropa İttifaqının təhlükəsizlik və müdafiə sahəsində getdikcə daha mühüm rol oynadığını qeyd edən nazir əlavə edib ki, Budapeşt güclü milli dövlətlərə əsaslanan Aİ istəyir.

Qeyd edək ki, Polşanın təşəbbüsü ilə 2015-ci ildə Rumıniyanın paytaxtında yaradılan B9-a Polşa və Rumıniya ilə yanaşı, Bolqarıstan, Çexiya, Estoniya, Macarıstan, Latviya, Litva və Slovakiya kimi Şərqi Avropa ölkələri də daxildir. Qrupun yaradılmasında 2014-cü ildə Donetsk və Luqansk xalq respublikalarının Ukraynadan müstəqilliklərini elan etmələri və sonrakı münaqişələr təsirli olub.

//Gülnarə Abasova, Editor.az