MAQATE-dən Zaporojye bəyanatı: Vəziyyət dərhal normala dönməlidir, YOXSA…backend

MAQATE-dən Zaporojye bəyanatı: Vəziyyət dərhal normala dönməlidir, YOXSA…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rafael Qrossi regionda təhlükəsizliyin yaradılması məqsədilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə bu istiqamətdə ayrı-ayrı görüşdüyünü bildirib. Editor.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) prezidenti Rafael Qrossi Ukraynadakı Zaporojye Atom Elektrik Stansiyasında MAQATE fəaliyyəti ilə bağlı açıqlamasında qeyd edib. Onun sözlərinə görə, Zaporojyedəki vəziyyət ciddi olaraq qalır

“Atom elektrik stansiyasını bombalardan birtəhər qorumaq lazımdır. MAQATE-nin bununla bağlı müəyyən planları var. Amma müharibənin davam etməsi narahatedici haldır. Çünki hər an hər şey ola bilər. Tərəflər arasında tezliklə razılaşma əldə olunmalıdır. Amma bunlar çoxlu görüşlər tələb edən mürəkkəb məsələlərdir. Bununla belə, konkret tədbirlər tələb olunur. Biz bunun üzərində işləyirik. Hesab edirəm ki, xarici işlər nazirlərinin bizim ideyalarımızı dinləmələri bunun üçün yaxşı göstəricidir”. Bölgədəki yoxlamaların davam etdiyini söyləyən Qrossi stansiyaya nəzarət davam etsə də vəziyyət tezliklə normallaşmasa böyük təhlükələr yarada biləcəyini vurğulayıb.

//Safura Bənnayeva, Editor.az