Metroda sərnişinlər təcili düşürdüldü – Səbəbbackend

Metroda sərnişinlər təcili düşürdüldü – Səbəb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həzi Aslanov-Dərnəgül” istiqamətində hərəkət edən qatarın qapılarından birinə müdaxilə nəticəsində maşinist kabinasında müvafiq işarəvermə sistemi işə düşüb.

Bu barədə Bakı Metropolitenin mətbuat xidmətindən bildirilib.

“Qapıda hər hansısa problem olmadığı müəyyən olunduğu üçün maşinust yoluna davam edib. Lakin yolun növbəti hissəsində təkrarən işarəvermə sistemi işə düşüb.

Sərnişinlər düşürülərək qatar ən yaxın yoxlama məntəqəsi kimi elektrik deposuna göndərilib. Əvəzinə qatar verilib və bu səbəbdən iki qatar arasında mövcud intervaldan əlavə 4 dəqiqə fərq yaranıb”.