Müəllimə hansı əsasla töhmət verilib?-“Problemi işıqlandırdığına görə, yoxsa…”- Millət vəkili məsələyə MÜNASİBƏT BİLDİRDİbackend

Müəllimə hansı əsasla töhmət verilib?-“Problemi işıqlandırdığına görə, yoxsa…”- Millət vəkili məsələyə MÜNASİBƏT BİLDİRDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İmişli rayon Aranlı kənd məktəbinin müəlliməsi bir neçə gün öncə sosial şəbəkədə  həyəcan qaldırıb ki, məktəbdə tualet bərbad gündə olduğundan azyaşlı uşaqlar əziyyət çəkir. Bu səbəbdən də onların məktəbə gəlməsini məqbul saymayıb. Buna görə müəllimə töhmət verilib.  Hadisə sosial şəbəkə və ictimaiyyət arasında müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Editor.az-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, bu hadisədə iki məqam nəzərə alınmalıdır:

” Birincisi, təəssüf ki, bizim bəzi rayonlarımızda məktəblərin vəziyyəti çox bərbaddır. Bu il dövlət büdcəsindən təhsilə 4 milyard 400 min manat vəsait ayrılıb. Vəsait çərçivəsində məktəblərin mərhələli şəkildə təmiri nəzərdə tutulub. Ancaq hesab edirəm ki, prosesi daha da sürətləndirmək lazımdır. Bölgələrdə məktəblərin vəziyyəti ilə bağlı istilik, ayaqyolu, su problemləri var.  Bu istiqamətdə Elm və Təhsil Nazirliyi sürətli şəkildə addımlar atmalı, məsələyə daha ciddi yanaşmalıdır”.

Millət vəkili müəllimə töhmət verilməsi məsələsinə də münasibət bildirib:

” Müəllimin uşaqlara  məktəbə gəlməməsi ilə bağlı çağırışı yanlışdır. Bu addımı düzgün hesab etmirəm. Əgər müəllim sırf bu çağırışa görə töhmət alırsa, bunun əsası var. Ancaq problemi  ictimailəşdirdiyinə görə töhmət alıbsa, bu, yolverilməzdir. Çox təəssüf ki, məktəblərdə qaldırılan problemlərə aidiyyatı qurumlar tərəfindən kifayət qədər adekvat reaksiyalar verilmir. Qaldıran problem kiçik olsa da əhəmiyyətli məsələdir. Buna ötəri yanaşmaq olmaz”.

//Gülnarə Abasova, Editor.az