Naxçıvanda “Sarsılmaz qardaşlıq-2021” təliminin məşqləri keçirilib (FOTO)backend

Naxçıvanda “Sarsılmaz qardaşlıq-2021” təliminin məşqləri keçirilib (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Silahlı Qüvvələrinin 3-cü ordu komandanlığı ilə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan ümumqoşun ordu komandanlığının iştirakı ilə keçirilən “Sarsılmaz qardaşlıq-2021” təlimlərinin növbəti məşqləri baş tutub.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində bildirilib.

Qeyd edək ki, Naxçıvanda sentyabrın 20-də start götürən “Sarsılmaz qardaşlıq-2021” təlimi oktyabrın 8-dək davam edəcək.