Neftçala sakini Salyanda qəzaya düşən oğlunun maşınını elə qəza yerində satdıbackend

Neftçala sakini Salyanda qəzaya düşən oğlunun maşınını elə qəza yerində satdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün səhər saatlarında Neftçala-Salyan avtomobil yolunun Salyan rayonunun Ərəbqardaşbəyli kəndindən keçən hissəsində Neftçala rayon sakini Əsədov Sabit Absalam oğluna məxsus, dövlət nömrə nişanı 47 BD 335 olan “Mercedes” markalı avtomaşın qarlı havada sərt döngədə idarəetməni itirərərək iri gövdəli ağaca çırpılıb.

Editor.az Virtualaz.org-a istinadən bildirir ki, hadisə nəticəsində avtomaşın yararsız hala düşsə də, sürücü xoş təsadüf nəticəsində heç bir xəsarət almayıb. Ona görə də bir qədər sonra hadisə yerinə gələn sürücünün atası oğlu qəzadan salamat qurtardığı üçün şükranlıq əlaməti olaraq “Mercedes”i dəyər-dəyməzinə, cəmisi 1200 dollara satıb.