Nənə-nəvəni maşın vurdu, qadın öldübackend

Nənə-nəvəni maşın vurdu, qadın öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xətai rayonunun Gəncə prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, qəza sentyabrın 1-də saat 15 radələrində qeydə alınıb.

Bakı şəhər sakini C.Allahverdiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Xuraman Qədiyevanı və onun nəvəsi, 6 yaşlı Ə.Mirzəyevanı vurub.

Nəticədə X.Qədiyeva aldığı xəsarətlərdən hadisə yerində ölüb, uşağa xəstəxanada ilkin tibbi yardım göstərilib.

Xətai RPİ tərəfindən araşdırma aparılır.