Nişanlısının boğazını kəsib, qaçdıbackend

Nişanlısının boğazını kəsib, qaçdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
22 yaşlı gənc qızın məhkəmədə hakimdən bəraət istəməsi hamını heyrətləndirib
Nişanlısının meşədə boğazını kəsib, 8 yerdən də bıçaq zərbəsi vuraraq qətlə yetirən 22 yaşlı gənc qızın məhkəmədə hakimdən bəraət istəməsi hamını heyrətləndirib. Cinayətinin məhkəmə istintaqı zamanı sübut olunmasına rəğmən gənc qız niyə bəraət istəyib? Detalları Doğu Xəbər Agentliyi açıqlayıb. “Sherg.az” Türkiyə mediasına xəbər verir ki, qanlı hadisə Eskişəhərdə baş verib. 22 yaşlı Zəhra Aras 28 yaşlı nişanlısı Əmrah Öztürklə gəzməyə çıxıb və cütlük Odunbazarı ərazisinə  bağlı Aşağıçağlan məhəlləsindəki meşəyə gediblər.
Gəzinti zamanı nişanlılar arasında mübahisə yaranıb, mübahisə kəskinləşib, nəticədə Zəhra Aras bıçaqla nişanlısının boğazını kəsib, bədəninə də 8 yerdən bıçaq zərbəsi vurub. Sonra da nişanlısının pul qabındakı 1600 TL-ni oğurlayaraq hadisə yerindən qaçıb. Lakin çox uzaqlaşa bilməyib. Zəhra avtomobil dayanacağında polislər tərəfindən yaxalanıb.  Zəhranın belə tez yaxalanmasına səbəb meşəyə getdiklərinin kameralar tərəfindən qeydə alınması olub. Kamera görüntüləri incələnərkən Z.Arasın meşə ərazisinə nişanlısı ilə bərabər daxil olduğu, lakin bir müddət sonra oradan təkbaşına çıxdığı məlum olub. Z.Aras  Eskişəhər Jandarma Komutanlığındakı sorğunun ardından ədliyyəyə təslim edilib, haqqında “qəsdən adamöldürmə” və “oğurluq” maddələri ilə cinayət işi açılıb. 4-cü Ağır Cəza Məhkəməsində istintaq aparılıb.  Kamera görüntüləri əsasında Z.Arasın cinayət əməli təsdiqlənib. Z.Aras məhkəmənin sonuncu iclasına saxlandığı cəzaçəkmə müəssisəsindən video-formatda qatılıb.  Ədli Tibb Qurumu Z.Aras barəsində “anlaqlı vəziyyətdə olmaq” arayışı təqdim edib.  Hakim Z.Arasa son söz demək hüququ verib. Z.Aras isə nişanlısını öldürməsinə dair əsaslı dəlillər olmadığını iddia edərək məhkəmədən bəraət istəyib.  Zəhranın bəraət istəməsi hətta hakimi də çaşqın vəziyyətə salıb. Məhkəmənin qərarı ilə Z.Arasa qəsdən adamöldürmə cinayətinə görə ömürlük həbs, oğurluğa görə isə 7 il azadlıqdan məhrum etmə cəzası verilib.
Qeyd edilir ki, Zəhra Aras Qarsda yaşayır. Əmrah Öztürklə 2016-cı ildə  sosial mediada tanış olublar.  2019-cu ildə isə nişanlanıblar. Zəhra bu ilin fevral ayında nişanlsı ilə görüşmək üçün Eskişəhərə gəlib. Görüş isə Əmrahın qətli, Zəhranın ömürlük həbsi  ilə sonuclanıb.