Norveçdən Ukraynaya “Hellfire” raketi göndərilibbackend

Norveçdən Ukraynaya “Hellfire” raketi göndərilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Norveçdən Ukraynaya 160-a yaxın Hellfire raketi, həmçinin atış platformaları, idarəetmə sistemləri və gecə görmə cihazları göndərilib.

Editor.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Norveçin müdafiə naziri Byorn Arild Qram məlumat verib.

Ukraynanın 40-a yaxın müttəfiq ölkəsinin müdafiə nazirlərinin Almaniyadakı Ramşteyn bazasında keçirilən iclasında çıxış edən Norveçin müdafiə naziri Ukraynanın tələb etdiyi silahı göndərdiklərini qeyd edib. Norveçli nazir əlavə edib ki, raketi idarə etmək asandır və quruda, dənizdə hər cür hədəfə qarşı istifadə edilə bilər.

//Gülnarə Abasova, Editor.az