“Ölkədə total şəkildə təcrübəli müəllimləri təmizləmə əməliyyatı aparılır“ – Deputatbackend

“Ölkədə total şəkildə təcrübəli müəllimləri təmizləmə əməliyyatı aparılır“ – Deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Müəllim namizədlərinin bu aksiyasını dəstəkləyirəm. Buna təhsil islahatı deyilməz. İşə qəbul imtahanlarında qəsdən yaradılmış dolaşıqlıqla yanaşı, sertifikat imtahanlarından da xeyli müəllimlər şikayətçidir. Xüsusilə də, illər boyu dərs demiş təcrübəli müəllimlər artıq işini-gücünü atıb aylarla imtahana hazırlaşmaqla məşğuldurlar”.

Editor.az xəbər verir ki, bu sözləri Milli Məclis deputatı Fazil Mustafa deyib. Millət vəkilinin sözlərinə görə, ölkədə sanki total şəkildə təcrübəli müəllimləri təmizləmə əməliyyatı aparılır:

“Təhsil yalnız bilik vermir, həm də təlimi özündə ehtiva edir. Təbii ki, gənc müəllimlər üçün imkan yaradılmalıdır, yol açılmalıdır, ancaq bunu təcrübəli müəllimlərin sıradan çıxarılması hesabına etmək ən azı məsuliyyətsizlikdir. Üstəlik də müəllimlərin dərs keçmə sərbəstliyini əllərindən alırlar. Ədalətsizlik də öz yerində, üzülüşmək istədiklərini 65 yaş tamam olan kimi təcrübəsinə, qabiliyyətinə baxmadan vəzifədən yola salırlar, dostlarının isə yaş məhdudiyyətini görməzdən gəlirlər».

Fazil Mustafa hesab edir ki, savadlı, təcrübəli müəllimləri bir test təsadüfiliyinin qurbanına çevirmək yanlışdır:

“Hər bir müəllimə fərdi yanaşılmalıdır, məktəbdəki rolu, nüfuzu, şagirdlə ünsiyyət qabiliyyəti öyrənilməlidir ki, bu xəzinəmizi də belə asanca itirməyək”.

Loading...