Özbəkistanda tarixi zirvə: Prezident Ərdoğan sabah yola düşürbackend

Özbəkistanda tarixi zirvə: Prezident Ərdoğan sabah yola düşür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində iştirak etmək üçün sabah Özbəkistana gedəcək. Özbəkistan prezidenti Şevkət Mirziyoyevin dəvəti ilə görüşə qatılacaq Ərdoğanın sammit çərçivəsində dövlət başçıları, xüsusilə Rusiya prezidenti Vladimir Putin və Çin sədri Si Cinpinlə bir sıra ikitərəfli görüşlər keçirəcəyi gözlənilir.

Editor.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, prezident Ərdoğanın Rusiya prezidenti Putinlə görüşündə taxıl dəhlizi məsələsinin əsas gündəm maddəsi olacağı nəzərdə tutulur. Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Pakistan, Hindistan və Özbəkistan, təşkilatın müşahidəçi üzvləri olan Belarus, Monqolustan və İran prezidentləri və Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov dəvət olunub. Ev sahibi Özbəkistan Prezidenti Şevket Mirziyoyev və beynəlxalq təşkilatların nümayəndələri də iştirak edəcək.

//Gülnarə Abasova, Editor.az