Pakistanda musson yağışlarının yaratdığı fəlakətlərdə ölənlərin sayı 1638-ə yüksəlibbackend

Pakistanda musson yağışlarının yaratdığı fəlakətlərdə ölənlərin sayı 1638-ə yüksəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistanda 14 iyundan bəri davam edən musson yağışlarının yaratdığı fəlakətlərdə həyatını itirənlərin sayı 1638-ə çatıb.

Editor.az Pakistan Milli Fəlakət İdarəetmə Agentliyinin (NDMA) məlumatına istinadla xəbər verir ki, iyunun 14-dən bəri davam edən yağışlar nəticəsində 588-i uşaq və 332-si qadın olmaqla, 1638 nəfər ölüb, 12.865 nəfər yaralanıb. Yağışlar nəticəsində 2 milyon 49 min 482 evə ziyan dəyib, onlardan 824 min 169-u tamamilə dağılıb.

Ümumilikdə 13 min 74 kilometr yol və 392 körpü dağıdılıb, bir milyon 103 min 800 təsərrüfat heyvanı tələf olub.Yağışlardan 33,4 milyon insan zərər çəkib.

//Gülnarə Abasova, Editor.az