Polşa və Baltikyanı ölkələr rus turistlər üçün sərhədlərini bağlayırbackend

Polşa və Baltikyanı ölkələr rus turistlər üçün sərhədlərini bağlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa və Baltikyanı ölkələr rus turistlər üçün sərhədlərini bağlayacaqlarını açıqlayıb. Litva, Latviya, Estoniya və Polşa baş nazirlərinin birgə bəyanatında Rusiya Federasiyası vətəndaşlarının bu ölkələrə buraxılmayacağı qətiyyətlə vurğulanıb. Sentyabrın 19-da qüvvəyə minəcək tənzimləmənin Rusiyanın müstəqilliyi uğrunda mövcud rejimə qarşı mübarizə aparan Rusiya vətəndaşlarını, diplomatları, müstəqil jurnalistləri və onların ailələrini əhatə etməyəcəyi açıqlanıb. . Əsasnaməyə uyğun olaraq Rusiya Federasiyası vətəndaşlarının 4 ölkəyə buraxılmayacağı və bu 4 ölkənin ərazisindən digər Aİ ölkələrinə tranzit keçirməsinə icazə verilməyəcəyi də bildirilib.

Editor.az-ın xarici mediaya istinadən məlumatına görə, dörd ölkənin dərc etdiyi birgə bəyanatda Rusiyanın Ukraynadakı işğalı və onun nəticələrinə toxunulub, “Ukrayna vətəndaşlarının işgəncələrə məruz qalaraq öldürüldüyü” əsas gətirilib.

Aİ-yə gedən Rusiya Federasiyası vətəndaşlarının da Aİ ölkələri üçün təhlükə olduğu və Rusiya Federasiyasının hər 4 vətəndaşından 3-nün Ukraynada baş verənlərlə bağlı Rusiya rəhbərliyini dəstəklədiyi bir prosesdə, Rusiya Federasiyası vətəndaşlarının Aİ ölkələrində sərbəst səyahət imkanın mümkünsüz olduğu bəyanatda öz əksini tapıb.

//Safura Bənnayeva, Editor.az