Putin Rusiya iqtisadiyyatını hərbi rejimə keçirirbackend

Putin Rusiya iqtisadiyyatını hərbi rejimə keçirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vladimir Putin oktyabr ayından iqtisadiyyatı hərbi vəziyyətə keçirmək istəyir.

Editor.az xəbər verir ki, bunu Polşa Silahlı Qüvvələrinin Quru Qoşunlarının keçmiş komandanı, general Valdemar Skşipçak deyib. “O, artıq iş yerləri üçün qəbul elan edib, lakin ciddi inzibati problemi var. Rusiya administrasiyası müharibəyə hazır deyildi, indi də hazır deyillər, təchizatları yoxdur, insanlar ordudan və hərbi xidmətdən yayınır, qaçır”, – Skşipçak dedi. O əlavə edib ki, Rusiyanın sənaye ilə bağlı böyük problemləri var.

“Putin iqtisadiyyatın sülhdən müharibəyə keçirilməsini əmr edib. O, oktyabr ayından bunu etməyi planlaşdırır. Amma oktyabr ayından iqtisadiyyat müharibəyə keçidə hazır olmadığı üçün o, zavodları hərbiləşdirmir, çünki dord növbəli üş relimi üçün adamları yoxdur. Bu baxımdan, rusların işə qəbulla və avadanlıq istehsal və ya təmir edəcək sənaye ilə ciddi problemləri var ” – deyə general bildirib. Skşipçakın fikrincə, bu səbəbdən Putin çox güman ki, qışı başa vurub, hərbi rejimə yazda keçəcək.

  //Samir,Editor.az