Putin və Lukaşenkonu dəfnə də çağırmadılarbackend

Putin və Lukaşenkonu dəfnə də çağırmadılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya Rusiya və Belarusu Kraliça II Yelizavetanın dəfn mərasiminə dəvət etməyib. Editor.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“Böyük Britaniya Qərb müttəfiqləri ilə birlikdə Moskvanın Ukraynaya təcavüzünə cavab olaraq iqtisadi sanksiyalar və digər tədbirlər vasitəsilə Rusiya və müttəfiqi Belarusu dünya səhnəsində təcrid etməyə davam edir. Belə ki, bu ölkələrin liderləri kraliçanın dəfn mərasiminə dəvət olunmayıblar”- məlumatda deyilir.

Qeyd edək ki, Kraliçanın Londonda keçiriləcək dəfn mərasiminə 500-ə yaxın xarici dövlət rəsmisi dəvət olunub. Onların arasında ABŞ prezidenti Co Bayden və həyat yoldaşı, Kanada, Avstraliya, Yeni Zelandiya və bir çox başqa ölkələrin baş nazirləri də var. Məlumatlara görə, II Yelizaveta ilə vida mərasimi Böyük Britaniyada son illərin ən böyük diplomatik toplantılarından biri olacaq.

  //Samir,Editor.az