Qafqaz qaynayırbackend

Qafqaz qaynayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dağıstanda və Kabardin-Balkariada Rusiyanın səfərbərlik qərarına qarşı etirazlar səngimir. Editor.az xəbər verir ki, bu barədə “Kavkaz Realii” məlumat yayıb.

Həmin məlumata görə, Mahaçqala və Xasavyurtda yüzlərlə insan kişilərin səfərbər edilməsinə etiraz etmək üçün küçələrə çıxıb. Mahaçkalada etirazçılarla polis arasında kütləvi davanın baş verib və onlarla etirazçı saxlanılıb. Xasavyurtda keçirilən aksiyada da yüzə yaxın insan iştirak edir. Onlara qarşı sərt tədbirlər görülür, həbslər aparılır. Nalçikdə də (Kabardin-Balkarın paytaxtı) etiraz aksiyası başlayıb. Məlumata görə, etirazçılara yerli rəsmilər də qoşulub. Onlar respublikadan neçə nəfərin səfərbər ediləcəyi sualına cavab verməkdən imtina etdilər.

  //Samir,Editor.az