Qaz balonunun partlaması nəticəsində evin girişi uçdu: Ölən və yaralılar varbackend

Qaz balonunun partlaması nəticəsində evin girişi uçdu: Ölən və yaralılar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanın Canaozen şəhərində qaz balonunun partlaması nəticəsində bir evin girişi uçub. Sakinlər arasında ölən və yaralananlar var.

Editor.az xəbər verir ki, bu məlumatı Tengrinews.kz ölkənin Fövqəladə Hallar Nazirliyinə istinadən paylaşıb. Xilasedicilərin sözlərinə görə, partlayış aprelin 17-də səhər saatlarında iki girişi olan ikimərtəbəli evdə baş verib. Hadisə nəticəsində yanğın olmasa da, binanın bir hissəsi dağılıb. Söhbət 150 kvadratmetr sahəsi olan girişlərdən birindən gedir. 1994-cü il təvəllüdlü bir nəfərin öldüyü artıq məlumdur.

Daha 12 sakin yaralanıb. Onlardan ikisinin vəziyyəti ağırdı. Dağıntılar altında insanların axtarışı üçün itlər də daxil olmaqla, 50 xilasedici məşğuldur. Evə xidmət göstərən “KazMunayQaz” şirkəti bütün zərərçəkənlərin mənzil alacağını bildirib.

  //Samir Qurbanov,Editor.az