Qubada bir neçə şəxsin pullarını mənimsəyən qadın saxlanılıbbackend

Qubada bir neçə şəxsin pullarını mənimsəyən qadın saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri zamanı rayon sakini Ülkər Kərimova saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, o, tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə etibarından sui-istifadə etmə və aldatma yolu ilə vahid qəsdlə uzun müddət ərzində sosial müavinət, pensiya düzəldəcəyi adı ilə zərərçəkənləri aldadaraq onların ümumilikdə 11 500 manat pullunu mənimsəyib.

Həmin şəxs ifadəsində etdiyi dələduzluq əməllərini səmimi etiraf edib.

Ü.Kərimovanın əməllərindən zərərçəkən şəxslərdən DİN-in “102” Xidməti Zəng Mərkəzinə və ya Quba RPŞ-nin (+994 23 335 35 11) şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır.