Ramzan Kadırov: onlar parazit, zərərverici həşəratlardırbackend

Ramzan Kadırov: onlar parazit, zərərverici həşəratlardır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Çeçenistanın rəhbəri Ramzan Kadırov bildirib ki, ehtiyatda olan hərbçiləri olmasa belə, ölkədə “bu və ya digər şəkildə yaxşı fiziki hazırlığa və silah bacarıqlarına malik olan əməkdaşların geniş heyəti var. Bu tərkibin 50%-i “istənilən Qərb ordusunu darmadağın edə bilər”.

Odur ki, Kadırov Rusiya Federasiyasının departament rəhbərlərinə “yenilikləri nəzərə alaraq iş prosesinin optimallaşdırılmasına” başlamağı təklif edib. Editor.az bildirir ki, bu barədə Kadırov Telegram-da yazıb. İşçilərinin fiziki vəziyyəti yaxşı olan idarələr arasında o, Fövqəladə Hallar Nazirliyinin, federal məhkəmə icraçıları xidmətinin, FSB-nin, federal təhlükəsizlik xidmətinin, xarici kəşfiyyat xidmətinin, Federal Penitensiar Xidməti departamentlərinin, federal gömrük xidmətinin, prokurorluq və istintaq komitəsinin adını çəkib. “Hüquq-mühafizə və hərbi idarələrlə birlikdə bu, müntəzəm olaraq idman standartlarını keçən 5 milyona yaxın insan deməkdir.

Əgər heyətin 50%-ni vəzifədə qoysanız, onların 2,5 milyon nəfərlik ikinci yarısı istənilən Qərb ordusunu darmadağın edəcək və ehtiyat qüvvəyə ehtiyacınız olmayacaq. Bu departamentlərin rəhbərləri artıq yenilikləri nəzərə alaraq iş prosesini optimallaşdırmağa başlaya bilərlər”, – Kadırov yazıb. Çeçenistan rəhbəri səfərbərlikdən yayınmaq istəyən insanların hava limanlarında cərgələnməsini “acı mənzərə” adlandırıb. “İstər-istəməz başa düşməyə başlayırsan ki, bu balast olmadan hər kəs üçün daha yaxşı və asan olacaq. Parazitlər, tənbəllər, himayədə olanlar heç vaxt fayda gətirməz. Yalnız zərər verərlər. Onlar yararsız insanlardır, qoy qaçsınlar, amma böyük Rusiyada Qərbin heç vaxt nəzərə almadığı resurslar var və həmişə də olub. Bizi güclü edən də budur”, – Kadırov əlavə edib.

  //Samir,Editor.az