Rusiya aviasiyası Çerniqov vilayətinə idarə olunan bombalarla zərbələr endiribbackend

Rusiya aviasiyası Çerniqov vilayətinə idarə olunan bombalarla zərbələr endirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Aprelin 28-də Rusiya aviasiyası Çerniqov vilayətinin sərhədinə növbəti dəfə idarə olunan bombalarla zərbə endirib.

Editor.az xəbər verir ki, bu barədə “Sever” əməliyyat komandanlığının rəsmi Telegram kanalında məlumat verilib. Onlar zərbənin nəticələrini əks etdirən video da yayıblar. “Saat 15:30-dan 15:35-dək Kostobobrov kəndinə üç “atış” qeydə alınıb”, – məlumatda deyilir.

Eyni zamanda, Fövqəladə Hallar Dövlət Xidmətinin məlumatına görə, Rusiya aviasiyasının yaşayış sektoruna endirdiyi zərbə nəticəsində 8 mülki evə ziyan dəyib, onlardan ikisi yanğına qərq olub. “Zərərçəkənlərlə bağlı məlumat dəqiqləşdirilir”, – deyə “Sever” OK əlavə edib.

  //Samir Qurbanov,Editor.az