Rusiya şəhərinə Ukrayna PUA-sı düşdübackend

Rusiya şəhərinə Ukrayna PUA-sı düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bryanskda içi partlayıcı ilə doldurulmuş pilotsuz uçuş aparatı (PUA) yerə düşüb. Naməlum dronun qalıqları meşədəki sərhəd şəhərinin sakinlərindən biri tərəfindən fərq edilib.

Məlumata görə, qalıqlar Bryanskın Abaşev küçəsindəki 100 nömrəli evdən təxminən beş kilometr aralıda tapılıb.

İlkin versiyaya görə, PUA plastik partlayıcı daşıyıb.

Bryansk vilayətinin hakimiyyət orqanları hələlik vəziyyəti şərh etməyiblər.

Ehtimallara görə, dron Ukrayna Silahlı Qüvvələrinə məxsusdur. Onun yaxınlıqdakı elektrik yarımstansiyasını hədəflədiyi güman olunur.

Hazırda PUA-nın qəzaya uğradığı ərazi mütəxəssislər tərəfindən mühasirəyə alınıb.

Mənbə: lenta.ru