Rusiya sülhməramlıları Qarabağı tərk edə bilər – Şərtlər dəyişibbackend

Rusiya sülhməramlıları Qarabağı tərk edə bilər – Şərtlər dəyişib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya sülhməramlılarının vaxtından əvvəl Qarabağı tərk edə biləcəyi fikirləri son günlər aktuallaşıb. Xüsusilə də Laçın-Xankəndi yolundakı sərhəd-keçid məntəqəsinin açılışından sonra deyilir ki, artıq rus hərbi kontingentinə gərək qalmayıb, özləri getmək istəyəcək.

Maraqlıdır, bu nə dərəcədə realdır?

2025-ci ilə kimi gözləməli olacağıq, yoxsa vaxtından öncə Rusiya sülhməramlıları Qarabağı tərk edə bilər?

Mövzu ilə bağlı danışan politoloq Xəyal Bəşirov deyib ki, Azərbaycan 10 noyabr bəyanatını və bu bəyanat sonrası imzalanan digər bəyanatlarda qeyd edilən öhdəliklərin hamısını qeyd-şərtsiz yerinə yetirib:

Politoloq Xəyal Bəşirov yazır: "Fransanın qarnının əsas ağrısı" » Newscenter.az

Xəyal Bəşirov

“Bəyanatda həmçinin Rusiya sülhməramlılarının vəzifə səlahiyyətləri, həmçinin Qarabağda qalma müddəti göstərilib. 2025-ci ilin noyabrında Rusiya sülhməramlılarının səlahiyyət müddəti bitəcək.

Düzdür, Rusiya sülhməramlıları səlahiyyətləri xaricində işlər görüb və bu da haqlı olaraq Azərbaycan ictimaiyyətində onlara qarşı bir aqressiya yaradıb. Hesab edirəm, Azərbaycan tərəfi sülhməramlıların mandatlarına uyğun olmayan kobud bir davranış sərgilədiyini müəyyən etsə bunu əsas götürüb onların vaxtından öncə Qarabağdan çıxmasını tələb edə bilər.

Sülhməramlıların əsas vəzifəsi regionda təhlükəsizliyi təmin etmək və ermənilərin Azərbaycan ictimaiyyətinə inteqrasiyası fonunda ehtimal gərginliyin qarşısını almaqdır.

Lakin bu o demək deyil ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmadıqca sülhməramlılar da regionda qalacaq. Sülhməramlıların vaxtından əvvəl regionu tərk etməsi inandırıcı olsa da səlahiyyət müddətinin uzanması real deyil”.

Globalinfo.az