Rusiya tərəfində vuruşanların vətəndaşlığı ləğv olunacaqbackend

Rusiya tərəfində vuruşanların vətəndaşlığı ləğv olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moldovada Rusiya tərəfində müharibədə iştirak edəcək ölkə sakinləri vətəndaşlıqdan məhrum ediləcək.

Editor.az bildirir ki, bu barədə sentyabrın 26-da Ali Təhlükəsizlik Şurasının iclasından sonra keçirilən brifinqdə dövlət başçısı Maya Sandu deyib. “Moldovanın şərq bölgəsində (qondarma Dnestryanı respublikada- red.) Moldova vətəndaşlarının səfərbər olunma riski var.

“Biz Moldova vətəndaşlığına malik olan və hərbi münaqişədə təcavüzkar dövlət tərəfində çıxış edəcək vətəndaşların vətəndaşlıqdan məhrum edilməsi imkanını nəzərdən keçiririk – Sandu deyib. Onun sözlərinə görə, Pridnestroviyalıların səfərbərliyə cəlb olunması ilə bağlı məlumatın təsdiqi hələlik yoxdur, lakin hakimiyyət Rusiya tərəfindən səfərbər olunacaq və döyüşlərdə iştirak edəcək şəxslərin cəzalandırılması barədə xəbərdarlıq edir. Sandu qeyd edib ki, bu məqsədlə ikili vətəndaşlığı – Rusiya və Moldova vətəndaşı olanların vətəndaşlığının ləğvi imkanları nəzərdən keçirilir.

  //Samir,Editor.az