Rusiya total hərbi səfərbərliyə başlayır?backend

Rusiya total hərbi səfərbərliyə başlayır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyada total səfərbərliyə ehtiyac var”.

Editor.az xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının deputatı Mixail Şeremet deyib. Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin üzvü olan Şeremetin sözlərinə görə, “tam səfərbərlik olmadan, iqtisadiyyat da daxil olmaqla, hərbi müstəviyə keçmədən biz lazımi nəticələr əldə edə bilməyəcəyik… Bu gün cəmiyyət mümkün qədər möhkəmlənməli və qələbə üçün məqsədyönlü olmalıdır”.

Mixail Şeremet hesab edir ki, “indi cəmiyyət boş vaxt keçirir”. “Hesab edirəm ki, biz bütün qüvvələrimizi səfərbər etməli, oradakı oğullarımızla həmrəy olmalıyıq”. Bu gün, sentyabrın 12-də prezidentin mətbuat katibi Dmitri Peskov jurnalistlərin Rusiya silahlı qüvvələrinin Ukraynada xüsusi hərbi əməliyyat keçirmək üçün kifayət qədər insan ehtiyatının və ümumi səfərbərlik planlarının olub-olmaması ilə bağlı sualını Müdafiə Nazirliyinə ünvanlayıb. Nazirlikdən isə heç bir şərh verilməyib.

  //Samir,Editor.az