Rusiya Türkiyənin yeni hərbi əməliyyatına göz yummayacaq – Rusiyadan SƏRT AÇIQLAMAbackend

Rusiya Türkiyənin yeni hərbi əməliyyatına göz yummayacaq – Rusiyadan SƏRT AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ankaranın Finlandiya və İsveçin NATO-ya qoşulması ilə bağlı mövqeyi müqabilində Türkiyənin Suriyanın şimalında yeni hərbi əməliyyatına göz yummağı planlaşdırmır.

Milli.Az xəbər verir ki, bunu jurnalistlərə bu gün, iyunun 15-də Rusiya Federasiyası prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bildirib.

“Bizim əməliyyata (Türkiyə Suriyanın şimalında – red.) göz yummağımız müqabilində Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı mümkün mübadilələrə (Türkiyənin mövqeyinə görə – red.) gəlincə, – belə bir şey yoxdur. Biz ticarət etmirik. Biz bölgədəki müttəfiqlərimizi təslim etmirik”, – deyə o, Ankaranın Finlandiya və İsveçin NATO-ya daxil olmasını davamlı olaraq əngəlləməsi müqabilində Rusiya Federasiyasının Türkiyənin Suriyanın şimalındakı əməliyyatının hər hansı bir hissəsinə göz yumub-yumamayacağı sualına cavab verib.

“Bunlar sadəcə danışıqlardır”, – Lavrentyev qeyd edib.