Rusiya ukraynalıları deportasiya etməkdə ittiham edirbackend

Rusiya ukraynalıları deportasiya etməkdə ittiham edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında Rusiyanın Ukraynada münaqişə bölgələrində insanları zorla saxlaması və düşərgələrə yerləşdirməsi ilə bağlı iddialar sərt müzakirələrə səbəb olub.

Editor.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ administrasiyası iddia edir ki, Rusiya ordusu müharibə bölgəsində saxlanılan insanları Rusiya və ya Rusiyanın Ukraynada işğal etdiyi bölgələrə göndərmək üçün öz iradəsi olmadan konslagerlərə aparıb. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas Təhlükəsizlik Şurasının iclasında bildirib ki, hesablamalara görə, 900 min ilə bir milyon 600 min arasında ukraynalı zorla deportasiya edilib.
Ukraynanın BMT-dəki nümayəndə heyəti vurğulayır ki, 2 milyon 500 min ukraynalı ölkənin cənub və şərqindən sürgün edilərək Sibirin və ya Rusiyanın şərqinə aparılıb.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti bundan əvvəl Rusiya prezidenti Vladimir Putini minlərlə Ukrayna vətəndaşını zorla köçürməkdə ittiham edib.

//Safura Bənnayeva, Editor.az