Rusiya Ukraynaya irimiqyaslı hava zərbələri endiribbackend

Rusiya Ukraynaya irimiqyaslı hava zərbələri endirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya gecə saatlarında paytaxt Kiyev də daxil olmaqla, Ukrayna şəhərlərinə intensiv hava zərbələri endirib.

Editor.az xarici mediaya istinadən bildirir ki, Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergiy Popko sosial media hesabından verdiyi açıqlamada rusların gecə saatlarında Ukraynaya güclü hücum təşkil etdiyini qeyd edib.

Məlumata görə, hücumlar “Tu-95” strateji təyyarələri ilə həyata keçirilib. “Paytaxtda hava hücumu xəbərdarlığı təxminən 3 saat davam etdi. Ruslar qanadlı raketlər və İHA-larla eyni anda hücuma keçdi”.

Popko Kiyev hava məkanında bütün Rusiya raketləri və PUA-larının müdafiə sistemləri tərəfindən məhv edildiyi, mülki şəxslər arasında itkilərin qeydə alınmadığı, mənzillərə və ya infrastrukturlara heç bir ziyan dəymədiyi barədə məlumat verib.

//Safura Bənnayeva, Editor..az