Rusiyada hərbi vəziyyət oluna bilərbackend

Rusiyada hərbi vəziyyət oluna bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kreml hərbi vəziyyətin tətbiqi və kişilərin xaricə getməsinə qadağa qoyulması imkanlarını müzakirə edir Editor.az bildirir ki, bu barədə “Meduza” məlumat verib. Məlumata görə, sentyabrın 30-da Putin 2014-cü ildə olduğu qaydada işğal olunmuş ərazilərdə keçirilən “referendumların” nəticələri barədə Federal Məclisə müraciət edəcək. Bundan sonra “birləşmə” ilə bağlı “müqavilələr” imzalanacaq Putinin Dövlət Dumasına gəlməsi də mümkündür.

Bundan başqa, hazırda Kreml hərbi vəziyyətin tətbiqi imkanını da müzakirə edir. Bu, Rusiya tərəfindən işğal olunmuş ərazilərə Ukraynanın hücumun davam etdiriləcəyi təqdirdə baş verəcək və bu zaman qondarma “referendumlar”ın nəticələri əsas tutulacaq. Kremlə yaxın iki mənbələr hərbi vəziyyətin tətbiqi planını “arzuolunmaz, lakin mümkün” kimi qiymətləndirib. Ehtimal olunur ki, hərbi xidmətə çağırılanların Rusiyadan çıxışına qadağa prezidentin müraciətindən əvvəl də elan oluna bilər, çünki hakimiyyət ölkəni tərk edən kişi axınını “narahatedici” fakt kimi qiymətləndirir. Həftənin əvvəlində bu plan Rusiya prezidenti, parlament və hökumət nümayəndələri tərəfindən müzakirə olunacaq və müvafiq qərar veriləcək.

 //Samir,Editor.az