Rusiyada növbəti təyyarə qəzasıbackend

Rusiyada növbəti təyyarə qəzası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Murmansk vilayətində MiQ-31 hərbi təyyarəsi qəzaya uğrayıb. O, Rıj-Quba kəndindəki gölə düşüb.

Editor.az “Baza” Telegram kanalının məlumatına istinadən bildirir ki, təyyarə havada alışıb və qəzaya uğrayıb. Pilotlar xilas ola biliblər. Hazırda qəzanın səbəbləri məlum deyil. Hadisə yerindən çəkilən videodan görünür ki, hər iki pilot yıxılarkən budaqlarda qalıb.

Onlara xilasedicilər göndərilib. Rusiya Müdafiə Nazirliyi qəzanın təlim uçuşu zamanı baş verdiyini iddia edir: “Təyyarə boş yerə qəzaya uğrayıb. Hər iki pilot havadan atılıb və onların həyat və sağlamlıqlarına heç bir təhlükə yoxdur”, – agentlik bildirib.

  //Samir Qurbanov,Editor.az