Rusiyadan dəhşətli hücum: Ölənlər varbackend

Rusiyadan dəhşətli hücum: Ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya qüvvələrinin Donetsk bölgəsində həyata keçirdiyi hücumlarda 9 nəfərin öldüyü, 23 nəfərin yaralandığı qeyd edilib.

Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə  Donetsk vilayətinin qubernatorluğundan verilən açıqlamada deyilir.

Xarkov vilayətinin Hərbi Administrasiyasının qubernatoru Oleq Sinequbo sosial media hesabından verdiyi açıqlamada Rusiya qüvvələrinin gecə saatlarında Xarkov şəhər mərkəzi və bölgəsinə raket hücumları təşkil etdiyini və hücumlarda ikisi qadın olmaqla 5 nəfərin öldüyünü, 10 nəfərin isə yaralandığını bildirib.

Açıqlamada 24 fevral-9 sentyabr tarixləri arasında Ukraynada 51 min 950 rus əsgərinin zərərsizləşdirildiyi xəbəri verilib. Bu müddətdə ruslara məxsus 239 təyyarə, 211 helikopter, 2 min 122 tank, 4575 zirehli texnika, 1237 silah, 306 reaktiv yaylım atəşi sistemi və 159 hava hücumundan müdafiə sisteminin məhv edilib.

//Safura Bənnayeva, Editor.az