Rusiyalı xokkeyçi oyun zamanı dünyasını dəyişdi – VİDEObackend

Rusiyalı xokkeyçi oyun zamanı dünyasını dəyişdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Nijni Novqorod vilayətinin Kstovo şəhərində keçirilən oyun zamanı xokkeyçi dünyasını dəyişib.

Hadisə “Harmoniya” xokkey komandasının “Krioqen” komandasına qarşı oyununda baş verib.  “Harmoniya”nın 47 yaşlı müdafiəçisi Konstantin Moruqin oyun zamanı dünyasını dəyişib.

Oyunçu anidən huşsuz halda buzun üzərinə yıxılıb. Həkimlər dərhal müdaxilə etsələr də, onun həyatını xilas etmək mümkün olmayıb.

Xokkeyçinin ürəyinin dayandığı bildirilib. Ölümün səbəbləri araşdırılır.