Rusiyanın yaxın müttəfiqi Qazaxıstan: Ukraynadakı referendumları tanımayacağıqbackend

Rusiyanın yaxın müttəfiqi Qazaxıstan: Ukraynadakı referendumları tanımayacağıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın ən yaxın müttəfiqlərindən biri olan keçmiş sovet respublikası Qazaxıstan Moskvaya bağlı idarəçilər tərəfindən Ukraynada keçirilən ilhaq referendumunun nəticələrini tanımayacağını açıqlayıb

“Qazaxıstan ərazi bütövlüyü, suverenliyi və dinc yaşamaq prinsiplərinə hörmət edir”.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Qazaxıstanın xarici işlər naziri Aybek Smadiyarov deyib. Regionda sabitliyi qorumaq istədiklərini deyən Smadiyarov Ukrayna ilə Rusiya arasında potensial siyasi dialoqa dəstək verməyə hazır olduqlarını bildirib.

Qeyd edək ki, Rusiyaya bağlı rəsmilər Ukraynanın işğal olunmuş Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində çərşənbə axşamına qədər referendumların keçiriləcəyini bildiriblər. Qərb ölkələri referendumun “saxta” olduğunu iddia edirlər. “Nəticələrə” görə, Rusiya bu torpaqları qanunsuz olaraq ilhaq edəcək.

//Gülnarə Abasova, Editor.az