Sabiq prokurorun oğlu “patı” satarkən yaxalandıbackend

Sabiq prokurorun oğlu “patı” satarkən yaxalandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qubanın keçmiş prokurorunun oğlu polisə müqavimət göstərərək qaçıb.

Editor.az Report-aa istinadən xəbər verir ki, “Yırtıcı Rauf” ləqəbi ilə tanınan Rauf Abbasov və digər şəxslər “patı” adlanan metamfetamin, heroin və tiryək satarkən yaxalansa da sonradan polisə bıçaqla müqavimət göstəriblər.

Onlar daha sonra ərazidən qaçıblar.

Hazırda onun saxlanılması üçün polis əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Qeyd edək ki, Rauf Abbasov Qubanın keçmiş prokuroru Rafiq Abbasovun oğludur. R.Abbasov özü də hüquq-mühafizə orqanlarında çalışıb, o, Qusar Rayon Polis Şöbəsində işləyib. O, xidmət zamanı narkotik vasitələrdən istifadə etdiyi üçün xidmətdən xaric edilib. Son zamanlar isə onun narkotik vasitələrin satışı ilə məşğul olduğu məlum olub.