Səfərbərlik müharibənin gedişatına təsir etməyəcəkbackend

Səfərbərlik müharibənin gedişatına təsir etməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putinin elan etdiyi səfərbərlik müharibənin gedişatına təsir etməyəcək. Editor.az xəbər verir ki, bu barədə Amerika Müharibənin Tədqiqi İnstitutu (ISW) məlumat verib.

Analitiklərin fikrincə, Putinin rusları səfərbər etmək səylərinə xələl gətirən problemlər o qədər dərin və fundamentaldır ki, o, yaxın aylarda, bəlkə də illərdə onları həll edə bilməyəcək. “Bu səfərbərlik 2022-ci ildə müharibənin gedişatına təsir etməyəcək və çox güman ki, Rusiyanın 2023-cü ildə hazırkı səviyyəsini saxlamaq qabiliyyətinə də dramatik təsir göstərməyəcək”, ISW -in hesabatında deyilir. Səfərbərlik prosesi çox eybəcər bir hal alacaq, ehtiyatda olanların keyfiyyəti aşağı olduğundan, döyüşmək motivasiyası da yəqin ki, qənaətbəxş deyil. Eyni zamanda hesabatda o da qeyd olunur ki, hərbi komissarlar və digər rəsmi çinovniklərin adamları tapıb onları təlim hissələrinə, sonra isə müharibəyə göndərə bilməsi üçün sistem kifayət qədər işlək vəziyyətə gətirilib.

 //Samir,Editor.az