Sentyabrın 30-da Rusiya Ukrayna ərazilərinin ilhaqını elan edəcəkbackend

Sentyabrın 30-da Rusiya Ukrayna ərazilərinin ilhaqını elan edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya sentyabrın 30-da işğal etdiyi Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin ilhaqını elan edə bilər.

Editor.az xəbər verir ki, bu barədə Rusiyanın TASS və RİA Novosti agentlikləri məlumat yayıb. Həmin məlumata görə, işğal olunmuş ərazilərin Rusiyaya birləşdirilməsi ilə bağlı qondarma prosedur sentyabrın 30-da baş tuta bilər. Bununla bağlı qanun layihələrinin sentyabrın 28-də Dövlət Dumasına təqdimatı gözlənilir. Sentyabrın 29-da isə keçiriləcək növbədənkənar iclasda çox güman ki, bu məsələyə baxılacaq. RİA Novosti Rusiya parlamentindəki mənbəyə istinadən onu da bildirir ki, Vladimir Putin sentyabrın 30-da Federal Məclisə müraciət edə bilər. Eyni zamanda Federasiya Şurası sentyabrın 29-da “Yeni subyektlərin Rusiyaya daxil edilməsi” haqqında müqavilə və qanuna baxa bilər.

//Samir,Editor.az