Serbiyadan Rusiyaya xəbərdarlıq: Biz qanunsuz referendumları tanımırıqbackend

Serbiyadan Rusiyaya xəbərdarlıq: Biz qanunsuz referendumları tanımırıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Serbiya Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində Rusiyaya birləşmək üçün planlaşdırılan referendumları “tanımayacaq”.

Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Serbiyanın xarici işlər naziri Nikola Selakoviç açıqlamasında bildirib. Onun sözlərinə görə, bu, Serbiyanın milli və dövlət maraqlarına, suverenliyinə və ərazi bütövlüyünün qorunmasına, sərhədlərin toxunulmazlığına tamamilə ziddir.

Qeyd edək ki, Ukraynanın şərqində rusiyapərəst separatçıların nəzarəti altında olan Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində Rusiyanın tərkibinə daxil olmaq üçün nəzərdə tutulan referendumlar başlayıb.Rusiya prezidenti Vladimir Putinin razılığı ilə keçiriləcək referendumlar sentyabrın 27-dək davam edəcək.

//Safura Bənnayeva, Editor.az